Kateqoriyasız

Millimizin Özbəkistana qarşı keçirəcəyi oyunun hakimləri açıqlandı

Azərbaycan millisinin Avqustun 20-də  Özbəkistana qarşı keçirəcəyi yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FİFA referisi George Vadaçkoria olacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, G.Vadaçkoriaya  Levan Varamişvili və Levan Todria kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Özbəkistan oyunu saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43