Müsahibə

Millimizin qapıçısı: “Həmin qol oyunun qırılma anı idi” (MÜSAHİBƏ)

Millimiz Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında mübarizəni 1/4 finalda dayandırıb. Yığmamız bu mərhələdə Rusiya ilə bacarmayıb – 2:6. Millimizin qolkiperi Rövşən Hüseynli İdmanxeber.com-a məğlubiyyətin əsas səbəblərini açıqlayıb.

– Rusiya keçilməz oldu. Oyunla bağlı nə deyərdin?

Çətin oyun oldu. Təəssüflər olsun ki, mübarizəni tez dayandırdıq. Ancaq əlimizdən gələni etdik. Oyun təcrübəsi çatışmadı.

– Hesab 2:4 olarkən 2 dəfə top dirəyə dəydi. Əgər həmin epizodlar qol olsaydı o zaman hesab 4:4 olardı…

Bizim də xeyli qol imkanımız oldu. Oyundu, rusları təbrik emtəkdən başqa əlimizdən bir şey gəlmir.

– Oyunun qırılma anı səncə hansı epizod idi?

Mənim fikrimcə 5-ci meydan oyunçusu kimi oynadığımız vaxt səhvdən buraxdığım qol oyunun qırılma anı idi. Artıq o anda fərq 3 topa çatmışdı. Bu da böyük fərqdi. 

– Rusiya keçiləsi rəqib idi?

Keçiləsi komanda idi və biz də əlimizdən gələni etdik. Ancaq təəssüf ki, alınmadı.

– Millimiz ötən tskildə 3-cü yer tutmuşdu. Bu dəfə isə turnirlə daha erkən vidalaşdınız. Səbəb püşkün sizə ötənilki finalçını qismət etməsi idi, yoxsa…?

Yenə deyirəm, oyun təcrübəsi bizdə onlara nisbətən daha azdı. Püşkün Rusiyanı bizə rəqib etməsindən isə söhbət gedə bilməz. Bu çempionatda Avropanın ən yaxşı 12 komandası oynayır.

– Fikinrcə hansı komanda çempion olacaq? Favoritin hansı komandadı?

Məncə İspaniya çempion olacaq. Displinli və gözəl futzal oynayırlar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43