Millimizin qolkiperi Şahruddin Məhəmmədəliyev hazırda davam edən “Fənərbağça” – “Adana Demirspor” görüşündə zədələnib.
İdmanxeber.az məlumat verir ki, 29 yaşlı qolkiperin ilk hissənin son anlarında zədələnib və ikinci hissəyə çıxa bilməyib. Onun zədəsinin nə qədər ciddi olduğu testlərdən sonra bilinəcək.
Şahruddini Vedat Karakuş əvəz edib. Matç 1:1 hesabıyla davam edir.