Ölkə futbolu

Tsxadadze: “Rəqibin vurduğu qolların qarşısını almaq olardı”

“Qəbələ” Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Zirə”yə 1:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az məlumat verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Hər iki komandanın ifasında maraqlı oyun oldu. Hücumda çox top itkisinə yol verdik. Rəqib də bundan istifadə edib qol vurdu. İkinci yarıda dəyişikliklər etdik. Meydana daxil olanlar oyunu dəyişməyə cəhd etdilər. Bununla üstünlük əlimizə keçdi. “Zirə” artıq əks-hücumlara güc verirdi. Kombinasiyalı hücumla maraqlı qol vurduq. Rəqibin vurduğu qolların qarşısını almaq olardı. Xüsusilə də ilk qolu. Bununla hər şey bitmir. Oyunu təhlil edəcəyik. Təhlildən nəticə çıxarıb cavab görüşünə hazırlaşacağıq.

– Qapıçılar sizi tam qane etmir?

– Qapıçılarla bağlı suallar var. Onlarla danışacam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43