Milli komanda

Millimizin rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, püşkün nəticəsinə əsasən, yığmamız seçmə mərhələnin 5-ci qrupunda mübarizə aparacaq. Millimizin qrupdakı rəqibləri Almaniya, İsrail, Norveç, İrlandiya, Kosovo milliləri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43