Kateqoriyasız

Millimizin sabiq üzvü Almaniyada dubl etdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Germaniya Halberştadt” klubu da növbəti matçını keçirib.

“Svikkau” ilə qarşılaşmada 90 dəqiqə meydanda olan futbolçumuz rəqibin qapısına 2 dəfə yol tapıb. Lakin oyun qonaqların qələbəsi ilə yekunlaşıb – 2:3

Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43