Kateqoriyasız

Millimizin “Şaxtyor”la oyununun stadionu və başlama saatı müəyyənləşdi

Prosineçkinin rəhbərliyi altında ilk matçına çıxacaq Azərbaycan millisinin Ukraynanın “Şaxtyor” klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama görüşünün stadionu və başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma fevralın 24-də keçiriləcək qarşılaşma “Mardan” stadionunda, Bakı vaxtı ilə saat 19:00-da baş utacaq. 

Qeyd edək ki, Donetsk təmsilçisi fevralın 17-də Lvovda Almaniya “Bavariya”sını Çempionlar Liqasının ilk 1/8 final matçında qəbul etdikdən sonra mövsümün yaz bölümünə hazırlıq məqsədilə Antalyaya yollanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43