Kateqoriyasız

“Real” qalib gəldi. İsveçrədə sülh – YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, daha iki qarşılaşma baş tutub.

Almaniyada "Real" "Şalke"nin, İsveçrədə "Portu" "Bazel"in qonağı olub.

Madrid klubu səfərdə iki cavabsız qolla qalib gələrək, 1/4 final şanslarını artırıb. 

Portuqlaiyanın "Portu" klubu da İsveçrədən əlverişli nəticə ilə qayıdıb. Belə ki, "ağ-göylər" "Bazel"lə oyunda qollu heç-heçə ediblər – 1:1.

Qeyd edək ki, 1/8 finalın  dogər 4 oyunu 24-25 fevral tarixlərində keçiriləcək.

18 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45 "Bazel" (İsveçrə) – "Portu" (Portuqaliya) 1:1
Qollar: Qonzales, 11 (1:0), Danilo, 79 (1:1)

23:45 "Şalke" (Almaniya) – "Real" (Madrid, İspaniya) 0:2
Qollar: Ronaldo, 36 (0:1), Marselo, 79 (0:2)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43