Kateqoriyasız

Elbrus Məmmədov: “Hər iki komanda qələbə üçün oynayacaq”

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olacaq.

2015-ci ildə keçirdiyi çempionat matçlarında xal qazana bilməyən Cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov çətin səfər öncəsi nikbindi.

Çalışdırıcı idmanxeber.com-a açıqlamasında “Qəbələ” ilə oyun haqda bunları dedi:

“Bizi çətin oyun gözləyir. İtkilərimiz var… Tural Cəlilov zədə səbəbindən bizə kömək edə bilməyəcək. Amma oyuna köklənmə pozitivdi. İnanıram ki, gözəl oyun olacaq. Hər iki komanda qələbə üçün oynayacaq”.

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı saat 17:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43