İdman

Millimizin üzvləri daha bir medal qazanıblar

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar.

İdmanxeber.az-ın məlumatına görə, kişilərdən ibarət komanda yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev pnevmatik tapançadan 10 metrəyə atəşdə (P1) gümüş medala yiyələnib.

Eyni zamanda, Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziyanı qazanıb.

Qeyd edək ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43