Kateqoriyasız

Millimizin üzvü 33 dəqiqə oynadı

Almaniya II Bundesliqasında 20-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə,  millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” klubu bu tur evdə “Frankfurt”la qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb – 1:1. Nazarov oyunun 57-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, bu heç-heçədən sonra xalını 26-a yüksəldən “Karlsrue” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43