Milli komanda

Millimizin üzvü: “Almaniya və Türkiyə millilərində də oynamaq şansım vardı”

“Millidə yeniyəm. Yəqin ki, sabah qələbə qazanarıq. Millidə yaxşı futbolçular var”. 

İdmanxeber.com-un məlumatına görə, bui sözləri millimizin üzvü Tuğrul Erat deyib.

Bu gün Fillipinlə qarşılaşacaq millimizin üzvü yığmamızı seçdiyinə peşman olmadığnı bildirib:

“Gələcəkdə Almaniya və Türkiyə millilərində də oynamaq şansım vardı. Azərbaycanı seçdiyim üçün peşman deyiləm. Hər şeyi fikirləşib, qərar vermişəm. Klubumda vurduğum qolların davamını yığmada da gətirəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43