Kateqoriyasız

Millimizin üzvü “Sabah”da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra komandanın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43