Milli komanda

Millimizinin rəqibləri müəyyənləşdi

Gələn ilin yanvar ayında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına  görə, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının da rəqibləri müəyyənləşib.

Millimiz C qrupunda mübarizə aparacaq. Komandamız Litva, Slovakiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya

B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan

C qrupu: Litva, Azərbaycan, Slovakiya, Qazaxıstan

D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43