Ölkə futbolu

Mişel Platini: “İlham Əliyev mənim yaxşı futbolçu olduğumu dedi”

Dövlət başçısı İlham Əliyev Bakıda səfərdə olan UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.

Görüşdə Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi qeyd olunub  və bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığa, ölkəmizdə futbolun inkişafı istiqamətində islahatların aparılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

UEFA-nın başcısı görüşdən sonra jurnalistlərlərin suallarını cavablandırıb.

“O, mənim yaxşı futbolçu olduğumu dedi. İlham Əliyev futbolu çox sevir. İstəyir ki, Azərbaycan dünya çempionu olsun. Ancaq bunun üçün aşağı yaş qruplarından başlamaq lazımdır”.

Platini AFFA-ya ayrılan maliyyə dəstəyindən də danışıb.

“Bizim üçün fərqi yoxdur. İstər böyük, istər kiçik assosiasiyalara fərq qoymuruq. 54 üzvün hamısına maliyyə dəstəyi veririk”.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazası UEFA-nın dəstəyi ilə həyata keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43