Ölkə futbolu

Moldova – Azərbaycan matçının başlama saatı açıqlandı

Martın 5-də, Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandalarının yoldaşlıq oyununda qarşılaşacağı haqda məlumat vermişdik.

Artıq oyunun başlanma vaxtı və keçiriləcəyi stadion müəyyənləşib.

Moldova – Azərbaycan yoldaşlıq görüşü ”Sheriff Indoor Sports Hall” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.(affa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43