Kateqoriyasız

“Monako”da Jardim dönəmi bitdi

FutbolPress“Monako”da baş məşqçi dəyişikliyi reallaşıb.

“Knyazlıq klubu” Leonardo Jardimlə yollar ayrılıb. Portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

45 yaşlı mütəxəssisi ispaniyalı çalışdırıcı Roberto Moreno əvəz edib. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

42 yaşlı çalışdırıcının son iş yeri İspaniya millisi olub. O, 6 oyunda yığmaya rəhbərlik edib
Jardim 2014-2019-cu illərdə “knyazlıq klubu”nu çalışdırıb. “Monako” onun rəhbərliyi altında bir dəfə Fransa çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43