Dünyadan

Mourinyodan Məsud Özil bombası

Yaradıcı oyunçu yoxluğu çəkən “Mançester Yunayted”də baş məşqçi Jose Mourinyonun Məsud Özilin transfer edilməsini istədiyi bildirilir.

İdmanxeber.com-un məlumatına görə, “Arsenal” ilə hələ müqavilə yeniləməyən Məsud Özilə illik 15 milyon avro təklif ediləcək.

28 yaşlı yarımmüdafiəçi “Arsenal”da həftəlik 160 min avro qazanır ki, bu da ildə təxminən 8 milyon 600 min avroya bərabərdir.

Məsud Özil “topçular”la danışıqlar zamanı həftəlik 290 min avro istəyib.

“Arsenal”ın bu istəyə necə cavab verəcəyi maraqla gözlənilir, ancaq bu ana qədər keçirilən görüşlərdən nəticə çıxmaması Məsud Özili “Mançester Yunayted”ə yönəldə bilər.

Xatırladaq ki, Məsud Özilin klubu ilə olan olan müqaviləsi 30 iyun 2018-ci ildə başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43