Kateqoriyasız

Muarem türk klubundan imtina etdi – Azərbaycana gəlir

“Qarabağ”ın sabiq oyunçusu Muarem Muaremin Türkiyənin “Yeni Malatyaspor” klubuna transferi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, makdeoniyalı futbolçu Azərbaycandan bir klubla razılığa gəldiyindən o, Türkiyə komandasına keçməkdən son anda imtina edib. Bu barədə “Yeni Malatyaspor”un idman direktoru Əli Ravcı məlumat verib.

“Bu oyunçu Azərbaycanda bir klubla anlaşıb” – deyə Ə.Ravcı bildirib. Lakin həmin klubun adı açıqlanmayıb.

Qeyd edək ki, Muarem Muarem 2012-cü ilin əvvəlindən 2015-ci ilin yayına kimi “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43