Dünyadan

“Real”ın futbolçusu avtoxuliqanlıq etdi

“Real”ın futbolçusu Xames Rodriges “avtoş”luq edib.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun üzvü “saxla” əmrinə tabe olmayaraq saatda 200 km. sürətlə polisin gözündən yayınmağa cəhd edib.

Polis futbolçunu yalnız “Real”ın bazasının yaxınlığında saxlaya bilib. Rodrigesin cərimələnəcəyi və və müəyyən müddət sürücülük hüququndan məhrum olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43