Ölkə futbolu

Musa Qurbanlı: “Kiməsə hörmətsizlik etməmişəm”

“Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam. Kimsə deyə bilməz ki, az məşq edirəm və ya bütün gücümü qoymuram. Hamıya hörmət etmişəm və bunun qarşılığını görmüşəm. Mənimçün vacib olan budur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib:

“Oynamayanda problem yaradan oyunçulardan deyiləm. İşlərin belə olmasında səbəbi özümdə axtarıram, başqasının dediklərində yox. Bəhanə axtarmıram. Son qərarı məşqçi verir və ona hörmətlə yanaşıram. Oynamasam da, daha çox məşq edirəm. Kiməsə hörmətsizlik etməmişəm”.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm İsveç çempionatında bir oyuna çıxıb. “Yurqorden” son iki oyunda futbolçunu heyətə daxil etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43