Ölkə futbolu

Musa Qurbanlının yeni klubu bəlli oldu – yarım milyonluq transfer

“Qarabağ”ın futbolçusu Musa Qurbanlının yeni klubu müəyyənləşib.

İdmanxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc hücumçu İsveçin “Djurgarden” klubu ilə anlaşıb. Tərəflər arasında sabah 3 illik sözləşmə imzalanması gözlənilir.

Bu keçid üçün İsveç təmsilçisi Ağdam klubuna yarım milyon avro ödəyəcək. Futbolçunun özü isə ilinə 200 min avro maaş alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43