Ölkə futbolu

Bölgə klubu 4 transfer edəcək – mövqelər bilindi

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber az-ın əldə etdiyi məlumata, “qırmızı-qaralar” 4 mövqe üçün oyunçu axtarışındadı. Komandaya iki hücumçu, bir yarımmüdafiəçi və qapıçı cəlb ediləcək.

Rəhbərliyin bununla bağlı çalışmaları davam edir. Yaxın günlərdə razılıq əldə olunan futbolçuların adları açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43