Kateqoriyasız

Mustafa Dənizli: “İntihar kimi bir şeydi”

Azərbaycan kubokunun yarımfinalının cavab görüşündə “Qəbələ” ilə heç-heçə oynaraq, ilk maatçdakı böyükhesablı yenilgiyə görə, finala adlaya bilməyib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizli finala çıxa bilməmələrini belə şərh edib:

“Kuboka əlvida dedik. Bu vida bizim üçün intihar kimi bir şey idi. Finala gedən yolda ən kobud səhvləri etdik. İlk 15 dəqiqədə rəqib heç öz meydançasından çıxa bilmirdi. Əlimizdə olan  deyiləcək heyətlə ən riskli olanını meydana buraxmışdım. Azərbaycanlı futbolçulardan bəzilərinin zədəli olması ucbatından bəzi oyunlarda nəticə qazana bilmədik. Məncə əlavə şərhə ehtiyac yoxdu”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43