Ölkə futbolu

“Qəbələ”yə son saniyələr şoku: “Bir şey fikirləşərik”

“Xəzər Lənkəran”la sülhə razılaşan “Qəbələ” ilk oyunda qazandığı böyükhesablı qələbə sayəsində finala adlayıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubu “Neftçi” ilə final matçında bir futbolçusunun xidmətindən məhrum olacaq.

Belə ki, Ürfan Abbasov matça əlavə olunmuş dəqiqələrdə sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bunu əməkdaşımızla söhbətində klubun meneceri Zaur Əzizov da təsdiqləyib:

“Bəli, Abbasov sarı vərəqə almaqla cəzalı duruma düşdü. Baxacağıq epizoda, görək var idi, ya yox. Sonra bir şey fikirləşərik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43