Ölkə futbolu

“Xəzər Lənkəran”ı “sındıran” futbolçuya 4 tikiş vuruldu: “Güclə ağzımı tərpədirəm”

Kubokun cavab matçında “Qəbələ” ilə oyunun ikinci hissəsində qana boyanan Rasim Ramaldanovun vəziyyəti normaldı.

Bu barədə idmanxeber.com-a futbolçu özü məlumat verib. 

Daniel Subotiçlə hava mübarizəsində yerdə qalan futbolçunun dodağına 4 tikiş vurulub. Ramaldanov “İnter”lə matça kiimi hazır olacağını düşünür:

“İnanın danışa bilmirəm. Güclə ağzımı tərpədirəm. Ola bilsin “İnter”lə oyuna kimi hazır olum”.

Qeyd edək ki, Ramaldanovun kobud səhvindən sonra “Qəbələ” hesabı açmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43