Ölkə futbolu

“Neftçi” və “Qəbələ” finalda! – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, keçiriləcək iki oyundan sonra finalçılar bəlli olacaq.

"Bayıl Arena"da "Rəvan" "Neftçi"ni qonaq edəcək. Kubokun son qalibi olan "ağ-qaralar" ilk oyunda öz meydanında 1:1-lik heç-heçə etdiyindən səfərdə mütləq qol vurmalıdırlar. Əks təqdirdə qolsuz heç-heçə belə "aslanlar"ı finala yüksəldəcək. Mövsümü azı bu kubokla qapamaq istəyən Böyükağa Hacıyevin rbaşçılıq etdiyi kollektiv bu matçın favoritidi.

Güvənç Kurtarın baş məşqçisi olduğu "Rəvan" isə ilk oyunda sübut etdi ki, bu mərhələyə sadəcə bəxt sayəsində yüksəlməyib. Məhz buna görə də, "sarı-qırmızılılar" güclü rəqibinə öz meydanında da "dişini" göstərməyə çalışacaq. 

Digər finalçının adı isə Lənkəranda bəlli olacaq. Burada ilk oyunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" eyni hesabla gəlmələri yenməyə çalışacaq. Mustafa Dənizlili "ağ-yaşıllar"ın avrokuboklara getmək üçün son şansı kubok olsa da ilk oyunda alınan acı yenilginin əvəzini çıxmaq çətin olacaq.

"Qəbələ" isə finalın bir addımlığındadı. Yuri Syominin yetirmələri Lənkəranda alınacaq bir və ya iki top f\rqli yenilgi ilə belə finala adlayan tərəf olacaq.

Azərbaycan kuboku, yarımfinal, cavab oyunları

24 aprel (cümə axşamı)

17:00. "Rəvan" – "Neftçi" 1:3
Qol: Ruslan Qurbanov, 9, Varea, 18, Flavinyo, 19, Bruno Bertuççi, 54

"Bayıl Arena"

İlk oyun – 1:1

19:00. "Xəzər Lənkəran" – "Qəbələ" 1:1
Qol: Mendi, 22, Nildo, 53

Lənkəran mərkəzi stadionu

İlk oyun – 0:3

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43