Ölkə futbolu

Mustafa Dənizli: “…məni narahat edir”

AZAL-la oyunda da qələbə qazana bilməyən “Xəzər Lənkəran”da vəziyyət gərgindi.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”lə matçda da 3 xal üzünə həsrət qalan Cənub klubunun çalışdırıcısı matçdan sonra bunları deyib:

“Maraqlı oyun oldu, komandanın oyunundan, mübarizə əzmindən məmnun qaldım. Qalib gələ biləcəyimiz oyun idi. Ciddi qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə olur. Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43