İdman

Nəriman Abbasov UFC-də!

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançı mətbuat konfransında açıqlama verib.

Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu, artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib:

“Burda da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43