Kateqoriyasız

“Kəpəz”dən növbəti legioner transferi – RƏSMİ

“Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu son olaraq “Qaqra” klubunun şərəfini qoruyub. Mate vətənində “Dinamo” Tbilisi və “Torpedo”  Kutaisi klubları ilə Gürcüstan çempionu olub. Müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edib.

Qeyd edək ki, “Kəpəz”in  bu transferi gerçəkləşdirəcəyinə dair ilk məlumatı biz yazmışdıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43