Kateqoriyasız

“Qarabağ” – “Lex” oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin  “Qarabağ” – “Lex” oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, iyulun 12-cə keçiriləcək matç üçün satşa çıxarılan biletlərdən bugünə kimi 8200-ü satılıb.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43