Dünya futbolu

“Napoli” Osimhenə qiymət qoydu – PSJ namizəddir

PSJ yayda Viktor Osimheni transfer etməyə çalışacaq.

İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, “Napoli” hücumçunun müqaviləsini yeniləməkdə maraqlıdır. Ancaq nigeriyalı forvard üçün daha yaxşı maaş təklif edən klub var. 

A Seriyası təmsilçisi Osimhenlə razılaşa bilməsə, onun üçün 150 milyon avro təzminat tələb edəcək. Əgər PSJ bunu transferi həyat keçirsə, Neymar (222) və Mbappedən (180) sonra klub tarixinin üçüncü ən bahalı keçidinə imza atacaq.

Osimhen bu mövsüm A Seriyasında 23 matçda 21 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43