İdman

Millimiz Xorvatiyada beynəlxalq turnirdə uğurla çıxış edir

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “World Boccia İntercontinental Challenger” turnirinin qrup oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, ölkəmizi təmsil edən BC2 kateqoriyalı idmançı Orxan Kərimov fransalı rəqibini 9:4 hesabı ilə məğlub edib. Daha sonra BC4 kateqoriyalı idmançılar arasında ölkəmizi təmsil edən Xəyal İslamov ukraynalı və finlandiyalı rəqiblərinə 9:0 hesabı ilə qalib gəlib.

Qızların BC1 kateqoriyası üzrə yarışında təmsilçimiz Röya Şəfəqqətzadə ilk beynəlxalq yarışında xorvatiyalı rəqibinə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43