Kateqoriyasız

Nazarov qol vurdu, komandası qələbə qazandı

Almaniya II Bundesliqasında 12-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” öz meydanında “Kayzerslautern”lə qarşılaşıb.

Oyun “Karlsrue”nin qələbəsi ilə başa çatıb – 2:0.Start heyətində meydana çıxan Nazarov matçın ilk hissəsinə əlavə edilmiş 1-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, “Karlsrue” klubu 12 turdan sonra 15 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

24 oktyabr

Almaniya II Bundesliqası, 12-ci tur

“Karlsrue” – “Kayzerslautern” – 2:0

Qollar: Nazarov, 45+1-pen (1:0), Promel, 48 (2:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43