Dünya futbolu

Nazarov zədələnib? – Açıqlama

“Erzgebirge”nin futbolçusu Dmitri Nazarovun Almaniya ikinci bundesliqasının 5-ci turunda “Sankt-Pauli”yə qarşı matçda oynamamağının səbəbi müəyyənləşib.

Bu barədə Aue təmsilçisinin baş məşqçisi Daniel Mayer məlumat verib. O bildirib ki, gənc oyunçulara şans vermək üçün bu addımı atıb. D.Mayer “Duysburq”la görüşdə millimizin yarımmüdafiəçisinin meydanda olacağını söyləyib.

Qeyd edək ki, D.Nazarovun yığmamızın düşərgəsindən zədəli qayıtdığı üçün  “Sankt-Pauli” ilə görüşü buraxdığı iddia olunurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43