Ölkə futbolu

“Nazarovu əvvəldən tanıyıram”

Millimizin futbolçusu Dmitri Nazarovun yeni komandasının baş məşqçisi onun haqqında fikirlərini bildirib.

İdmanxeber.com-un alman mətbuatına istinadən verdiyi məlumata görə, “Erqzberqe Aue” komandasının çalışdırıcısı Pavel Dotçev bunları deyib:

“Nazarovu hələ “Prussiya Münster”də çalışandan bəri tanıyıram. Onun yüksək futbol bacarığına malik olduğunu bilirəm. Bizim hücum futbolumuz üçün o bir qazancdır”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43