Ölkə futbolu

“Neftçi” “Əl-Kadisiya”nı məğlub etdi

Avropa Liqasında mübarizə aparacaq "Neftçi" hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

"Ağ-qaralar"ın rəqibi Səudiyyə Ərəbistanının "Əl Kadisiya" klubu olub. Qarşılaşma təmsilçiumizin qələbəsi ilə yekunlaşıb – 3:1.

"Neftçi"nin qollarını Vobay, Ruslan Qurbanov və Nicat Qurbanov vurublar.

Qeyd edək ki, paytaxt klubu buna qədər Türkiyədə 2 yoxlama görüşü keçirib. "Neftçi" hər iki matçda Gürcüstanın “Çixura” klubu ilə qarşılaşıb. İlk matçda 2:3 hesabıyla uduzan "ağ-qaralar" növbəti oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43