Kateqoriyasız

“Neftçi” – “Aris” matçının biletləri satışda

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.as xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletləri əldə etmək istəyənlər aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə bilet əldə edə bilərlər:

https://iticket.az/events/sport/neftci-pfk-aris-limassol

İyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43