Ölkə futbolu

“Neftçi” “Baltsan”dan əvvəl meydana çıxacaq

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Neftçi” – “Baltsan” oyunu öncəsi komandamızın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq.

İdmanxeber.com-un məlumatına görə, tədbir iyulun 5-də “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

İyulun 6-da isə “Bakcell Arena”da “Baltsan” klubunun baş məşqçisinin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43