Ölkə futbolu

“Neftçi” – “Beşiktaş” oyunu “Neftçi Arena”da – klub rəhbəri açıqladı

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Beşiktaş”la keçirəcəyi ev oyununun məkanı bəlli oldu.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəhbəri Fərrux Mahmudov məlumat verib. O bildirib ki, sözügedən görüş yeni adı ilə “Neftçi Arena”da (8-ci km stadion) keçiriləcək. Klub rəhbəri yaxın zamanda stadionda bəzi yeniliklərin olacağına da vurğulayıb:

“Azarkeşlərin istəyinə nəzərə alaraq, qarşılaşmanı doğma stadionumuzda oynayacağıq. Bundan sonra stadionun adı “Neftçi Arena” olacaq”.

“Neftçi” “Beşiktaş”la ilk oyunu avqustun 10-da İstanbulda, cavab matçını isə 17-də Bakıda oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43