Kateqoriyasız

“Neftçi” iki futbolçusunu cəzalandırır

Topaz Premyer Liqasının XXI turunda “Neftçi” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, “böyük oyun”da gülən tərəf birincilər olub – 1:0

Oyundan sonra “flaqman”ın baş məşqçisi Əsgər Abdullayev bunları deyib:

“Bu iki komandanın arasında gərgin oyunlar keçir. Düzdü, “Xəzər Lənkəran”da dəyişikliklər olub. Çətin də olsa qalib gəldik. Futbolçularıma başqa tapşırıq vermişdim. Bizim hücum xəttində problemimiz var. Sırf hucumçu mövqeyinde oynayan futbolçumuz yoxdu”.

Təcrübəli mütəxəssis Cavid İmamverdiyevin topu kənara vurduğu epizod haqda da danışıb:

“Futbolçu komandaya güc qata bilmirsə, mütləq dəyişdirilməlidi. Onunla ətraflı danışacam. Ola bilsin cəzalandırılsın. Cavid öz işinə ciddi yanaşsa, ondan gözləniləni verər. Elşən qol vurduqdan sonra maykasını çıxartdı. Klub olaraq, ona cəza verəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43