Premyer Liqa

“Neftçi” ilə matç öncəsi “Sumqayıt”da ciddi itkilər

"Sumqayıt” “Neftçi” ilə oyunun hazırlığını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında Sumqayıt şəhər stadionunda növbəti məşqini keçib.

21 və 23 yaşadək milli komandaların heyətində yer alan futbolçular sabahdan etibarən hazırlığa qatılacaq. Bundan başqa, son məşqdə zədə almış yarımmüdafiəçi Sergey Çernişev də hazırlıq prosesinə qatılmayıb. Bərpa prosesi keçən Ayaz Mehdiyev və Mikayıl Rəhimov isə fərdi şəkildə məşq edib.

Qeyd edək ki, “Sumqayıt” apelin 2-də doğma meydanda “Neftçi”ni qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43