Dünya futbolu

“Mançester Yunayted” İbrahimoviçlə danışıqlara başladı

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç klubu ilə yeni müqavilə haqda danışıqlara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, bunu  Britaniya mətbuatına açıqlamasında isveçli hücumçu özü deyib.

O, komandasında özünü xoşbəxt hiss etdiyini bildirib: “Dünyanın ən böyük klubunda oynamaq, dünyanın ən yaxşı baş məşqçisi ilə çalışmaq gözəl bir duyğudur. Gələcəkdə nə olacağını deyə bilmərəm, amma yeni müqavilə haqda danışıqlara başlamışıq”.

Qeyd edək ki, 35 yaşlı hücumçunun müqaviləsi bu yay başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43