Ölkə futbolu

“Neftçi ilə oyunda diqqətli olmalıyıq”

“Neftçi ilə ikinci oyunda çox diqqətli olmalıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Şkendiya” klubunun futbolçusu Adrian Çuçuli deyib.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniya təmsilçisi sabah “Neftçi”ni qəbul edəcək.

 Çuçuli mətbuat konfransında bunları deyib: “Neftçi” barədə müsbət fikirlər səsləndirən futbolçu məqsədlərinin növbəti mərhələyə yüksəlmək olduğunu qeyd edib: “Rəqibin çox yaxşı heyəti var. Birinci oyundakı nəticədən istifadə edib, növbəti mərhələyə yüksələ bilərik. Makedoniya futbolu adına yaranmış fürsətdən istifadə etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43