Dünya futbolu

“Neftçi” legioneri ilə yolları ayırdı – rəsmi

“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, “Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm “ağ-qaralar”ın heyətində 13 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43