Kateqoriyasız

“Neftçi” Miyatoviçlə müqavilədən imtina etdi – səbəb isə…

“Neftçi” klubu çernoqoriyalı qapıçı Milan Miyatoviçlə müqavilə imzalamaqdan imtina edib.

İdmanxeber.comun məlumatına görə, səbəb isə qapıçının tibbi müayinə nəticələrinin istənilən göstəricini verməməsidi.

Qapıçı klubun düşərgəsinə gəlməmişdən öncə Türkiyənin özəl klinikalarından birində tam tibbi müayinədən keçib və müəyyən problemlər meydana çıxıb. Tibbi müayinə nəticələrinə əsasən həkimlərin də rəyi ilə onun transferi riskli hesab edildiyi üçün keçid baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43