Ölkə futbolu

“Neftçi” ona qovuşdu

“Neftçi”nin “Olimpiakos”a satdığı və icarə əsasında komandada saxlaya bildiyi Mamadu Kane Bakıdadı.

İdmanxeber.az-ın məlumatına görə, hərbi çevriliş səbəbindən vətənindən çıxa bilməyən 24 yaşlı yarımmüdafiəçi bu gün Bakıya gəlib.

O, Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununu üçün Afrikaya yollanmışdı.  Sentyabrın 6-da keçirilməli olan Qvineya – Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43