Kateqoriyasız

“Qarabağ” azarkeşlərinin gözlədiyi xəbər: UEFA-dan məktub gəldi

Konfrans Liqasınn qrup mərhələsinin ilk oyununda “Bazel”i  Bakı Olimpiya Stadionunda qonaq edəcək “Qarabağ” digər matçlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, yalnız İsveçrə klubu ilə oyun BOS-DA keçiriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün bərpası ilə bağlı işlər gedir və “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə ev oyunlarına qədər hər şey hazır olacaq. Artıq UEFA-dan kluba ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirə biləcəklərinə dair məktub da daxil olub.

Qeyd edək ki, “Qarabağ” evdə “Kayrat”la oktyabrın 21-i, “Omoniya” ilə isə noyabrın 25-i qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43