Ölkə futbolu

“Neftçi” oyunu öncəsi “Qəbələ”ni narahat edən məqam

“Qəbələ” “Neftçi”ylə oyuna ciddi itki ilə çıxa bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi İsnik Alimi xəstələnib. Albaniyalı futbolçunun qızdırması olduğu üçün hazırda həkimlərin nəzarətindədir.

Aliminin qarşıdakı turda “Neftçi” ilə görüşdə meydanda olub-olmayacağı sual altındadır.

“Qəbələ” – “Neftçi” qarşılaşması fevralın 10-da, saat 15:00-da başlayacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43