Kateqoriyasız

“Neftçi” şəhidləri unutmadı: matça qara sarğı ilə çıxacaqlar

“Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43